26/03/2019 23:51
728 x 90

Tehrandan Varşavada anti-İran zirvəsinə sərt reaksiya… Polşa alnındakı bu utanc ləkəsini təmizləyə bilməz

img

Polşada İranın bölgədəki fəaliyyətləri ilə bağlı beynəlxalq Orta Şərq zirvəsi keçiriləcək. Baki-xeber.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

Polşada 13-14 fevralda keçiriləcək zirvə görüşünə dünyanın dörd bir yanından ölkələrin qatılacağını deyən Pompeo, Orta Şərqdəki vəziyyət, xüsusilə də İranın bölgədəki pozucu fəaliyyətlərinin müzakirə ediləcəyini bildirib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə, Varşavada palanlaşdırılan anti-İran zirvəsinə sərt reaksiya verib. "Polşa, alnına sürülən bu utanc ləkəsini təmizləyə bilməz" deyən Zərif İranın İkinci Dünya Müharibəsində polşalıları qurtardığını bildirib: “Ancaq bu ölkə indi İrana qarşı ümidsiz bir sirkə ev sahibliyi edir… Polşa, alnındakı bu utanc ləkəsini təmizləyə bilməz".

Son xəbərlər