23/01/2019 18:26
728 x 90

İsrail Suriyanı yenidən bombaladı, raketlərin əksəriyyəti havada vuruldu

img

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanı yenidən bombalayıb. Baki-xeber.com xəbər veri ki, İsrail qırıcıları paytaxtı Dəməşq yaxınlığına aviazərbələr endirib.

Məlumata əsasən, İsrail HHQ tərəfindən atılan raketlərin böyük əksəriyyəti Suriya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulub. Raketlərin bir hissəsi Dəməşq Hava limanı ərazisinə düşüb ki, nəticədə anbara zərər dəyib.

Aviazərbələr Dəməşqin Beynəlxalq Hava Limanının işinə təsir etmədiyi bildirilir.

Hələlik İsrail rəhbərliyi və ordusu bu məlumatı şərh etmir. Zərbələr nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Son xəbərlər