23/01/2019 18:33
728 x 90

Rusiya Yaponiya ilə sülh müqaviləsi bağlamaq üçün əsas şərtini açıqladı

img

Rusiya Kuril adaları probleminə görə İkinci Dünya Müharibəsindən sonra Yaponiya ilə imzalanmayan sülh müqaviləsinin imzalanması üçün Tokio qarşısında şərt qoyub.

Baki-xeber.com xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe ilə Rusiya prezidenti Vladimir Putinin bu ayın sonunda keçiriləcək görüşü və gələn həftə Moskvada iki xarici işlər nazirinin toplantısı ərəfəsində iki ölkə arasında sülh razılaşması yenidən gündəmə gəlib.

Bununla bağlı açıqlama yayan Rusiya Xarici İşlər Nazirliyi Tokionun müharibənin nəticələrini tanımasının əsas şərt olduğunu açıqlayıb. Rusiya Yaponiyanı, Cənubi Kuril adaları üzərində Rusiyanın suverenliyi də daxil olmaqla, İkinci Dünya Müharibəsinin nəticələrini tanımağa çağırıb. 

Son xəbərlər