23/01/2019 18:36
728 x 90

İtaliya Suriyadakı səfirliyini yenidən açan ilk Avropa ölkəsi ola bilər

img

İtaliya Suriyadakı səfirliyini yenidən açmağı düşünür. Baki-xeber.com xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanesi deyib.

Hökumətin Suriyadakı İtaliya səfirliyini yenidən açmağı müzakirə etdiyini bildirən XİN başçısı "Açılıb-açılmayacağını və açılacaqsa da nə vaxt açılacağını dəyərləndiririk" deyib.

"Təbii ki, Suriyadakı vəziyyət daha normal bir istiqamətə getməsi çox vacibdir. Bu istiqamətdə işlər sürətləndirilməlidir” - İtaliyanın xarici işlər naziri deyib

“La Repubblica”, İtaliya Suriyadakı səfirliyini yenidən açan ilk Avropa ölkəsi ola biləcəyini yazıb. Diplomatik mənbələr qəzetə, hökumətin Dəməşqdəki səfirliyin yenidən açılmasına hazırlaşdığını bildirib. Qəzet, İtaliyanın Dəməşq səfirliyini rəsmi olaraq bağlamadığını, yalnız səfirin İtaliyaya çağırıldığını yazır. Səfir 2012-ci ildə geri çağırılıb. 

Son xəbərlər