23/03/2019 01:36
728 x 90

“İran nüvə sazişindən çıxacaq” xəbərlərinə Tehrandan rəsmi reaksiya…

img

İran hökumətinin yaxın zamanlarda nüvə sazişindən çıxacağı barədə xəbərlər həqiqətə uyğun deyil. Trend-in məlumatına görə, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

M.Vaezi ölkə KİV-lərini informasiya yayarkən diqqətli olmağa və İranın düşmənləri üçün tribunaya çevrilməməyə çağırıb: “Son vaxtlar İranın yaxın zamanlarda nüvə sazişini tərk edəcəyi barədə yayılmış xəbərlər əsassızdır və bunların məqsədi dezinformasiya yaymaqla ölkənin milli maraqlarına ziyan vurmaqdır”.

Son xəbərlər