23/01/2019 18:28
728 x 90

Rusiyadan dollara böyük zərbə... Dolların valyuta ehtiyatlarındakı payı ən aşağı səviyyəyə endirildi

img

Rusiya, ABŞ sanksiyalarına görə ölkə iqtisadiyyatının dollardan asılılığını azaltmaq üçün səylərini davam etdirir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı bu istiqamətdə atılan addımların nəticələrilə bağlı hesabat açılayıb.

Hesabata görə, Rusiya Mərkəzi Bankı valyuta ehtiyatlarında dolların payına azaldaraq, digər valyutaların payını əhəmiyyətli şəkildə artırıb. Bank, 2018-ci ilin ikinci rübündə 100 milyard dollarlıq ehtiyatını müxtəlif valyutalara çevirərək, mart-iyun ayları ərzində dolların Rusiya xarici valyuta ehtiyatlarındakı payını 43.7 faizdən 21.9 faizə endirib.

100 milyard dollarlıq ehtiyatını avro və yuana çevrən, Rusiya dolların valyuta ehtiyatlarındakı payını indiyə kimi görünməmiş şəkildə aşağı endirib.

Son xəbərlər