23/01/2019 18:42
728 x 90

Pompeo Trampın Suriyada yeni hərbi əməliyyat keçirməyi düşündüyünü açıqladı

img

"Tramp Suriyada yeni hərbi əməliyyat keçirməyi düşünür, amma ümid edirəm buna ehtiyac qalmayacaq". Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Misirdə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo deyib.

Prezident Donald Trampın Suriyadan çəkilmək qərarı ilə bağlı açıqlama verən Pompeo bildirib ki, ABŞ İŞİD-ə qarşı mübarizə aparmaqla yanaşı əsgərlərini də Suriyadan çıxaracaq.

Daha sonra Trampın Suriyada yeni hərbi əməliyyat keçirməyi düşündüyünü bildirən Pompeo, “ümid edirəm buna ehtiyac qalmayacaq" deyib.

ABŞ-ın Yaxın Şərqdəki mövcudluğu haqda da danışan Pompeo, ABŞ-ın işğalçı olmadığını, ABŞ bir yerdən çəkildiyi zaman orada xaosun yarandığını deyib.

Son xəbərlər