26/03/2019 23:51
728 x 90

İsrail və üç ərəb ölkəsinin Türkiyə və İrana qarşı müdhiş planı ortaya çıxdı

img

Israil, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarının rəhbərləri ərəb ölkələrinin birində Türkiyə və İranla bağlı gizli bir toplantı keçirib. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə mərkəzi ofisi Londonda yerləşən "Middle East Eye" nəşri məlumat yayıb.

Nəşr, sözügedən 4 ölkənin Türkiyə və İranın bölgədəki fəaliyyətinə qarşı plan hazırladığını iddia edir. Planda, Əsəd rejimini təkrar Ərəb Birliyinə üzv qəbul edərək, Türkiyə və İranın bölgədəki fəaliyyətini azaltmaq hədəflənir. Bu iddialar ərəb ölkələrinin Əsəd rejiminə, Ərəb Birliyinə yenidən üzvlük qarşılığında, ölkədəki İran təsirinin azaldılması və Suriyada ərəb ölkələrinin hərbi qüvvələrinin yerləşdirilməsi şərtinin irəli sürülməsi barədə iddialarla üst-üstə düşür.

Toplantıya İsrailin "Mossad" kəşfiyyatı qurumunun rəhbəri Yossi Coheninin şəxsən qatılması xüsusi diqqət çəkib. Coheninin liderlik etdiyi toplantıda kəşfiyyat şefləri, İrandan çox Türkiyənin onlara qarşı ən böyük regional hərbi rəqib olduğunu bildiriblər. Toplantıda Türkiyənin bölgədəki nüfuzunu azaltmaq üçün strategiya hazırlanmasının vacibliyi ifadə edilib.

İsrail tərəfi, İranın hərbi cəhətdən nəzarət altına alına biləcəyini, amma Türkiyənin daha çox geniş imkanlara sahib olduğuna diqqət çəkib. "Mossad" rəhbərinin toplantıda "İranın bölgədəki gücü zəifdir, əsl təhdid Türkiyədən gəlir" dediyi iddia edilir.

Qeyd edilir ki, görüş iştirakçıları Türkiyənin nüfuzunu azaltmaq üçün dörd istiqamətli bir strategiya hazırlayıb. Bunlara, birincisi, Əfqanıstanda "Taliban"la müzakirələrin davam etdirilməsi, ikincisi, İraqda sünni kartına nəzarət edilməsi, üçüncüsü, Əsəd rejiminin yenidən Ərəb Birliyinə daxil edilməsinə istiqamətlənmiş səylərin artırılması və dördüncüsü, Türkiyəyə qarşı Suriya və İraqda terror kartının (PKK/YPG) istifadəsi daxildir.

Son xəbərlər