23/01/2019 18:30
728 x 90

Britaniya Dәmәşqdәki sәfirliyi ilә bağlı iddiaları tәkzib etdi – “Sәfirliyi yenidәn açmağı planlaşdırmırıq”

img

Bәzi xarici media orqanlarının Böyük Britaniyanın Dәmәşqdәki sәfirliyini yenidən açacağı ilə bağlı məlumat yayıb. Iddialara görə, ingiltәrәli diplomatlar bu məqsədlə ölkәnin Dәmәşqdәki sәfirliyinә baş çәkib.

Ancaq Britaniya Dәmәşqdәki sәfirliyinin yenidәn açılması ilə bağlı iddiaları tәkzib edib. İngiltәrәnin Suriya üzrә xüsusi nümayәndәsi Martin Lonqden “Twitter” sәhifәsindә, Bәşәr Әsәd rejiminin Suriya xalqına etdiklәrinə görə legitimliyini itirdiyini bildirib. “Bu sәbәbdәn 2012-ci ildә Britaniyanın Dәmәşqdәki sәfirliyi fәaliyyәtini dayandırdı. Sәfirliyi yenidәn açmağı planlaşdırmırıq” - deyә İngiltәrәnin Suriya üzrә xüsusi nümayәndәsi qeyd edib.

Son xəbərlər