23/01/2019 18:37
728 x 90

İsrailin sabiq naziri İrana casusluğa görə 11 il həbs cəzası aldı

img

İsrailin sabiq energetika və infrastruktur naziri Qonen Segev 11 il müddətinə həbs edilib. Trend-in məlumatına görə, o, İran kəşfiyyatı üçün casusluq etməkdə təqsirli bilinib.

Qeyd olunur ki, Q.Segev 2012-ci ildə Nigeriyaya səfəri zamanı İran səfirliyində xüsusi xidmət əməkdaşlarına məlumatlar ötürüb. Q.Seqev, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrində görüşməkdə ittiham olunub.

Qonen Segev 1992-1996-cı illər İsrail parlamentinin deputatı, 1995-1996-cı illərdə energetika və infrastruktur naziri olub.

Son xəbərlər