26/03/2019 23:51
728 x 90

Keçmiş MKİ rəhbəri Putini “NATO üçün hədiyyə” adlandırdı

img

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, istefada olan general Devid Petreus Rusiya prezidenti Vladimir Putini “soyuq müharibə dövründən NATO-nun ən böyük hədiyyəsi” adlandırıb.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə RBK kanalı Hindistanda keçirilən Raisina Dialogue konfransından hazırladığı süjetdə bildirib.

Xəbərə görə, Petreus deyib ki, Putinin hakimiyyətə gəlişi Şimali Atlantika Alyansı üçün “yeni yaşam səbəbi” olub, eyni zamanda Putinin siyasəti ABŞ-ın bir çox dünya ölkələrinə “dayaq olmasına” kömək edib.

Petreus onu da deyib ki, hərbi-siyasi blokun üzvləri arasında ABŞ NATO-ya ən böyük dəstək verən ölkədir. Tramp administrasiyasının alyansın genişləndirilməsi proqramı üzərində işlədiyini deyən Petreus bu sırada amerikan hərbi kontingentinin Avropada yerləşdirilməsi və onun strukturunun NATO-nun ötən il qəbul etdiyi standartlara uyğunlaşdırılmasını xatırladıb.

Xatırladaq ki, yola saldığımız 2018-ci ilin noyabrında bir sıra NATO ölkələrinin öz hərbi büdcəsini iki faizə qədər artırdığı bəlli olub. Bu barədə Alyansın Baş katibi Yens Stoltonberq bildirib. Həmin ilin iyulunda isə ABŞ prezidenti Donald Tramp müttəfiq ölkələrdən hərbi xərcləri 4 faizə qədər artırmağı tələb edib.

Son xəbərlər