23/03/2019 12:10
728 x 90

Fransada etiraz aksiyasında polisləri “şil-küt” edib “sarı jiletlilər”in qəhrəmanına çevrilən boksçu həbs edildi - VİDEO

img

Fransada “sarı jiletlilər”in aksiyasında nümayişçilərə hücum edən polisləri döyən keçmiş boksçu Kristofer Dettinger həbs edilib.

Baki-xeber.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun bahalaşma qərarından imtina etməsinə baxmayaraq, 8 həftədir davam edən “sarı jiletlilər”in aksiyası keçən şənbə bir boksçunun hərəkətləri ilə yadda qalıb.

Nümayişçilərə sərt müdaxilə edən polislərin qarşısını yumruq zərbələri ilə alan etirazçı “sarı jiletlilər”in qəhrəmanına çevrilib. Sonradan onun keçmiş bokçu olduğu ortaya çıxıb.

Fransız polisi Twitter-dən fotosunu yaydığı boksçuya bu mesaj göndərib: "Cənab, bir polis əməkdaşımızı vurub yerə sərdiniz. Şəxsiyyətinizi müəyyənləşdirdik. Bir boksçu kimi görünür ki, çox qaydaları bilmirsiz. Biz sizə qaydalarını öyrədəcəyik".

Fransanın daxili işlər naziri isə sonradan sosial mediadan polisləri döyən keçmiş boksçu Kristofer Dettinger təslim olduğunu deyib: “O məhkəmədə cavab verəcək”.

Qeyd edək ki, ağır çəkili boksçu Kristofer Dettinger 2007-ci ildə Fransa boks çempionu olub.

Son xəbərlər