23/03/2019 01:33
728 x 90

“Kölgə Mossad”dan şok iddia... ABŞ Suriyada Türkiyə-Rusiya-İran üçlüyünə qarşı ərəb ölkələri kartını işə salır... - YENİLƏNDİ

img

ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarından sonra bununla bağlı hər gün yeni iddialar ortaya atılır. Yeni iddialara görə, Tramp Amerika əsgərlərinin çəkiləcəyi Suriyanın şimalındakı bölgələrə Ərəb ölkələrinin ordularını yerləşdirmək istəyir. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrailin kəşfiyyat saytı Debka yazır.

“Kölgə Mossad” kimi də tanınan sayt yazır ki, bu çərçivədə Misir və Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri Türkiyənin hədəfinə olan Menbiçə gizli səfər ediblər. “Debka”ya görə, PKK/YPG-nin işğalı altında olan Menbiçi gizli şəkildə ziyarət edən Misir və BƏƏ hərbçiləri, bölgəni gəzərək öz əsgərlərinin haraya və necə yerləşdirilməsinə dair qeydlər aparıblar.

“Kölgə Mossad” yazır ki, ABŞ-ın yeni Suriya planı ilə bağlı diplomatik təmaslar da davam edir. Ağ Ev BƏƏ şahzadəsi Şeyx Məhəmməd bin Ziyad və Misir prezidenti Sisi ilə danışıqlar aparır. Amerika rəhbərliyi bu iki liderə, Menbiç bölgəsindəki Amerika hərbçilərinin çəkiləcəyi mövqelərdə Misir və BƏƏ hərbçilərini yerləşməyi təklif edir, eyni zamanda Türkiyə, Rusiya və Əsəd tərəfindən ola biləcək hücum əməliyyatlarının qarşısını almaq üçün havadan müdafiə dəstəyi verəcəyini vəd edir.

Sayt, Əsədin, Sisinin 4 illik hakimiyyəti dövründə onu dəstəkləyən yeganə ərəb lideri olması, eyni zamanda suriyalı hərbçilərin də bölgədə yerləşdirilməsinə razılıq veriləcəyi halda bu plana müsbət yanaşa biləcəyini yazır. Əsədin Dəməşqdə səfirliyini yenidən açan ilk ərəb ölkəsi BƏƏ-nin də bölgədə olmasına isti yanaşacağı bildirilir.

Qeyd edilir ki, ABŞ İranı Suriyadan çıxarmaq üçün digər strateji bölgələrə isə Səudiyyə və başqa ərəb ölkələrinin də əsgər göndərməsinə çalışır. Kəşfiyyat saytı iddia edir ki, əgər bu plan Münbiçdə baş tutarsa, bu Suriyanın İraqla sərhədi kimi digər bölgələrində də qarışıq ərəb qüvvələrinin yerləşdirilməsinin yolunu aça bilər.

“Ərəb NATO”su yaratmağa çalışan Tramp bundan əvvəl bildirmişdi ki, Suriyada ABŞ-ın rolunu Ərəb ölkələri üzərlərinə götürməlidir.

"Əgər Tramp rəhbərliyinin planları gerçəkləşərsə, Səudiyyə Ərəbistanı, Mərakeş və Əlcəzair kimi ölkələr də İran qüvvələrini bölgəndən çıxarmaq üçün ordu göndərə bilərlər" - “Debka” yazır.

Son xəbərlər