11/12/2018 11:45
728 x 90

Fransa hökuməti tələbələrin ölkədə səs-küy yaradan kütləvi həbsinə başladı - ŞOK görüntülər...

img

Fransadan aksiyalara qoşulan tələbələrin ölkə boyu kütləvi həbsi başlayıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, tələbələrin həbsi ilə bağlı bir məktəbdə çəkilən görüntülər isə ölkədə böyük səs-küyə səbəb olub.

Paytaxt Parisdən təxminən 50 km aralıda yerləşən məktəbə girən polislər 153 etirazçı tələbəni həbs edib. Məlumatlara görə, tələbələr arasında 12 azyaşlı da var.

Polis zor tətbiq edərək həbs etdiyi tələbələrin qollarını qandallayaraq məktəbin həyətində dizləri üstə çökdürüb.

Qeyd edək ki, Frasada bahalaşmaya qarşı "sarı gödəkcəlilər" adı almış kütləvi etirazlar başlayıb. Kütləvi aksiyalara görə, Fransa hakimiyyəti geri addım ataraq yanacağın qiymətinin artırılması barədə qərarının icrasını 6 aylığa dayandırmaq qərarına gəlib. Bu qərardan sonra isə qiymət artımlarının 2019-cu il üçün ləğv edildiyi açıqlanıb. Ancaq buna baxmayaraq ölkədə etirazlar səngimək bilmir. "Sarı gödəkcəlilər" şənbə günü bütün Fransa boyu aksiyalara hazırlaşırlar.

“Sarı gödəkçəlilər” hərəkatı həftə sonu bütün Fransa boyu dördüncü etiraz aksiyalarına hazırlaşır. Fransa hökuməti şənbə günü baş verəcək aksiyaların daha şiddətli olacağından ehtiyat edir.

Son xəbərlər