11/12/2018 11:41
728 x 90

ABŞ alıcılara İran neftindən tez bir zamanda imtina etməyi məsləhət görür

img

İran neftinin alıcıları mümkün qədər tez bir zamanda bu ölkədən neft almağı dayandırmalıdırlar. Trend-in məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudrik deyib.

Onun sözlərinə görə, İrana qarşı sanksiyalar yalnız artacaq: "Bizim İrana qarşı yanaşmamız - təzyiq göstərilməsi üzrə maksimal kampaniyadır. Noyabrın 5-i bərpa edilən sanksiyalara son qərar deyil, başlanğıc kimi baxılmalıdır... Bizim məqsədimiz - İranın neft ixracını sıfıra çatdırmaqdır. Bütün idxalçılar öz tədarüklərini diversifikasiya etməlidirlər və bu məsələdə İranda mümkün qədər tez bir zamanda uzaqlaşmalıdırlar".

Qeyd edək ki, Donald Tramp may ayında ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ avqustun 7-si yenidən İrana qarşı sanksiyalar tətbiq edib.

ABŞ-ın neft ixracına aid olan İrana qarşı əlavə sanksiyaları noyabrın 5-i qüvvəyə minib. ABŞ Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə müvəqqəti sanksiyaların təsirindən kənar qalma imkanı verib.

Son xəbərlər