11/12/2018 11:42
728 x 90

Putinlə Lukaşenkonun hər kəsin qarşısında “qaz mübahisəsi”... Belarus prezidenti uzr istədi

img

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə Minsk üçün təbii qazın qiyməti ilə mübahisəsindən sonra “görüşün ev sahibi” Vladimir Putin qarşısında üzr istədiyini bildirib.

Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda danışıqlar bitdikdən sonra deyib.

“Xoşagəlməz formada danışıqlar oldu, sonradan bugünkü görüşün ev sahibindən üzr istəməli oldum. Çox sərt danışıq idi. Eşitməsəniz yaxşıdır” – Belarus prezidenti deyib və gələn həftə Putinlə bütün sualları müzakirə etmək üçün görüşəcəyini bildirib.

Belarus prezidenti Sankt-Peterburqda keçirilən Yüksək Avrasiya İqtisadi Şurasının iclasında “Qazprom”un Belarus üçün təbii qaz ixracı tarifinin hər 100 kilometrə 1000 kub metr qazın ötürülməsi 3 dollar olduğu halda, Rusiya daxili tarifində 1 dollar olduğunu qeyd edib.

“Media işçiləri zalı tərk etdikdən sonra biz diskussiya edərik” - Putin deyib və əlavə edib: “Bugünkü məsələyə gəldikdə, hazırda tarif deyil, təbii qazın son qiyməti vacibdir. Nəzərinizə çatdırım ki, Belarusun indiki ödədiyi 129 dollar, gələn ildən 127 dollar olacaq. Almaniya Federativ respublikası isə 250 dollar”.

“Haqlısız, Vladimir Vladimiroviç, lakin bizim əsas ticari tərəfdaşımız Almaniya deyil, Rusiyadır” - Lukaşenko cavab verib və deyib: “Siz 2025-ci il barədə dediniz, lakin vacib olan məqam bizim o istiqamətdə getməmizdir, dayanmağımız deyil. Hələlik biz Almaniyadan daha pis şəraitdəyik.”

Putin isə "amma artıq bu gün tərəfdaşlarımızın üstünlükləri var. Belarus üçün bazar qiyməti olsa idi - qiymət 200 dollara yaxın olardı” deyib.

Son xəbərlər