15/12/2018 16:10
728 x 90

ABŞ sanksiyalarına qarşı İran-Aİ xüsusi ödəmə mexanizminə dair yekun razılaşma əldə olundu

img

ABŞ-ın İran sanksiyalarına qarşı İranla Avropa İttifaqı (Aİ) tərəfindən hazırlanan xüsusi ödəmə mexanizminə dair yekun razılaşma əldə olunub. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İran xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib

Tehranda Nazirlər Kabinetinin iclasında çıxış edən Zərif Aİ-nin hazırladığı xüsusi ödəmə mexanizmi ilə bağlı məlumat verərək deyib: “Ötən həftə Brüssel və Cenevrədə Avropa İttifaqı rəsmilərilə danışıqlar zamanı xüsusi ödəmə mexanizmi ilə bağlı yekun razılaşma əldə olundu. Detallar yoluna qoyulduqdan sonra açıqlanacaq”.

Qeyd edək ki, Aİ ölkələri ABŞ prezidenti Donald Trampın təhdidlərindən sonra, şirkətlərini İran bazarında saxlamaq üçün sürətli bir şəkildə xüsusi ödəmə mexanizmi yaradıb, amma bu, hələ həyata keçirilməyib. Xüsusi ödəmə mexanizmi həm Avropa şirkətləri, həm də İranı sanksiyalardan azad edərək ABŞ-ın may ayında birtərəfli çəkildiyi 2015-ci il tarixli nüvə müqaviləsindən qorumağı nəzərdə tutur.

Son xəbərlər