15/12/2018 16:09
728 x 90

NATO Rusiyanın yeni hədəfini açıqladı - Azov dənizi...

img

“Rusiya, Krım və Kerç boğazında inşa etdiyi körpü vasitəsilə Azov dənizinə nəzarəti ələ keçirməyə çalışır”. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

NATO XİN başçılarının toplantısı çərçivəsində müttəfiqlərin Ukrayna və Gürcüstanın xarici işlər nazirləri ilə görüşdüyünü deyən baş katib Rusiyanın, Ukrayna və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib. O qeyd edib ki, indi də Rusiya Azov dənizinə nəzarəti ələ keçirməyə çalışır.

Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı hərbi varlığının qonşularının sərhədlərinə hörmətsizliyini ortaya qoyduğunu deyən Stoltenberq, "Rusiya iki bölgədə də fəaliyyətlərini dayandırmalı və Gürcüstandakı hərbi qüvvələrini geri çəkməlidir" deyə bildirib.

Stoltenberq qeyd edib ki, Rusiyanın aqressiv davranışlarına qarşı NATO Qara dənizdəki hərbi varlığını gücləndirəcək.

Baş katib, Ukrayna prezidenti Petro Poroşenkonun çağırışı ilə NATO-nun Azov dənizinə hərbi gəmilər göndərib-göndərməyəcəyi sualına isə cavab verməyib.

Son xəbərlər