Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Baki Xeber - News
11/12/2018 11:55
728 x 90

600-dən çox Rusiya vətəndaşı Ukraynaya buraxılmadı

img

Ukrayna sərhədçiləri hərbi vəziyyət elan olunandan 600-dən çox Rusiya vətəndaşını ölkəyə buraxmayıblar. Trend-in məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Petro Tsiqikal deyib.

O bildirib ki, bu müddətdə Ukraynaya getmək istəyən rusiyalıların sayı 3 dəfə azalıb: "Təkcə kişilər deyil, qadınların da ölkəyə girişinə icazə verilməyə bilər - əgər buna müəyyən səbəb varsa".

Qeyd edək ki, ötən ayın sonlarından yaşı 16-dan 60-dək olan Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə qadağa qoyulub.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib.

Son xəbərlər