15/12/2018 16:09
728 x 90

Lavrovdan Vaşinqtona ittiham... ABŞ Suriyada rejimi dəyişmək üçün İŞİD-dən istifadə edir

img

ABŞ Suriyada qalmaq üçün İŞİD-i bəhanə edir. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib

Lavrov ABŞ-ın Suriyada qalmaq üçün İŞİD-i bəhanə etdiyini və bu terrorçu qrupdan Suriyadakı rejimi dəyişmək üçün istifadə etdiyini deyib.

"ABŞ Dövlət Departamenti, İŞİD-in hələlik tam məğlub edilmədiyini, İŞİD-in yenilməsini əsas şərtinin Suriyada rejim dəyişikliyi, İran və onun dəstəklədiyi silahlıların ölkəni tərk etməsi olduğunu açıqlayıb. Bu, mənim ABŞ-ın İŞİD-i Suriyada varlığını qorumaq üçün bəhanə etdiyi və terrorçuları Suriya rejiminə qarşı mübarizədə müttəfiq kimi gördüyünə dair dediklərimi bir daha təsdiqləyir” – Rusiya rəsmisi deyib.

Lavrov İŞİD-in Fəratın şərqində, ABŞ-ın nəzarətindəki bölgədə varlığını davam etdirməsinin də onun dediklərinə sübut olduğunu deyib.

Rusiya XİN başçısı ABŞ-ın bu bölgədə Suriyada varlığını qorumaq üçün bir neçə min terrorçu saxladığını iddia edib.

Son xəbərlər