19/11/2018 16:18
728 x 90

Tramp və Putin Argentinada görüşəcək

img

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin noyabrın 11-də Parisdə fərdi görüşü planlaşdırılmır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

Nümayəndə deyib: "Prezidenti planlaşdırılmış yeganə görüşü Fransa prezidenti Emmanuel Makronladı. Biz prezident Putinlə fərdi ikitərəfli görüş planlaşdırmırıq".

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib kiŞ, ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında görüş barədə razılıq var. O bildirib ki, görüşün olacağını həm Moskva, həm də Vaşinqton təsdiqləyib.

Qeyd olunur ki, görüş G-20 sammiti çərçivəsində nəzərdə tutulub. G-20 sammiti 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.

Son xəbərlər