19/11/2018 18:26
728 x 90

ABŞ Demokratları Nümayəndələr Palatasını, Respublikaçılar isə Senatı götürdü, Tramp rəqiblərini Senatla hədələdi

img

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Nümayəndələr Palatasında üstünlüyü Respublikaçılar Partiyasının əlindən alıb. Baki-xeber.com xəbər verir ki, Prezident Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası isə ancaq Senatda üstünlüyünü qoruya bilib.

Nümayəndələr Palatasını itirən Tramp Twitter hesabından Demokratlara xəbərdarlıq edib. “Demokratlar xalqın vergiləri ilə bizi araşdıracağını düşünürlərsə, biz də Senatda gizli məlumatların sızması və digər məsələlərdə onlara qarşı araşdırılma başladılması məsələsini dəyərləndirə bilərik. Oyun oynanacaqsa iki tərəf də oynayacaq” - Tramp Twitter-də yazıb.

Bundan başqa, Tramp qeyd edib ki, Demokratların lideri Nensi Pelosi Nümayəndələr Palatasının spikeri olmalıdır. Tramp lazım gələrsə ona dəstək verə biləcəklərini də deyib: “Əgər Demokratlar problem çıxararsa Respublikaçılar ona dəstək verə bilər”.

Onu da qeyd edək ki, Nensi Pelosi Trampın sərt tənqidçilərindən biri kimi tanınır.

Bu arada, Demokratların lideri Nensi Pelosi partiyanın Vaşinqtonda yerləşən qərargahında ölkənin paytaxtı üçün yeni bir gün başladığını elan edib: "Bizim ortaq yol tapmaq, bu mümkün olmadıqda isə öz mövqeyimiz üzərində durmaq kimi bir məsuliyyətimiz var. Ancaq biz cəhd etməliyik. Demokratik Konqres bizi bir araya gətirəcək çözümlər üçün çalışacaq. Çünki, biz yetəri qədər bölünməyə məruz qalmışıq”.

Virciniyada Respublikaçı namizədə qalib qələn Cennifer Vekston kimi demokratların sayəsində Pelosi Nümayəndələr Palatasının növbəti spikeri olmağa hazırlaşır: "Mən bu kampaniyanın əvvəlindən deyirdim ki, Amerika üçün dəyişiklik vaxtı gəlib çatıb. Və bu dəyişiklik baş verdi".

Ancaq respublikaçılar Şimali Dakota, Missuri və İndiana ştatlarındakı seçkilərdə qalib gələrək Republikaçı Öartiyasının Senatdakı üstünlüyünü daha da artırıb.

Ağ Evin sözçüsü Sara Sandersin sözlərinə görə, prezident Donald Tramp Senatın Respublikaçılarda qalmasına görə çox məmnundur.

Təhlilçi Rebekka Gill deyir ki, prezidentin sərt kampaniya ritorikası iki tərəfin seçicilərini həvəsləndirib.

Tramp və Demokratlar indi yeni sualla qarşı-qarşıyadır. Hər iki tərəf iki il sonra baş tutacaq yeni prezidentlik yarışına hazırlaşmaqlarına baxmayaraq birlikdə işləyə biləcəklərmi?

Son xəbərlər