19/11/2018 18:26
728 x 90

ABŞ daha bir ölkəni İran sanksiyalarından azad etdi

img

Xəbər verildiyi ki, ABŞ İrana tətbiq edilən sanksiyalardan Türkiyə daxil olmaqla cəmi 8 ölkəni müvəqqəti olaraq azad edib. Bakixeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Ştatlar siyahıya daha bir ölkə əlavə edib.

Birləşmiş Ştatların Kabildəki səfiri Con Bass bildirib ki, Əfqanıstana neft idxalına və İranın Çabahar limanına sanksiya tətbiq olunmayan malların göndərilməsinə icazə veriləcək.

Qeyd edək ki, noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib. İranın 700-dən çox şirkət və fiziki şəxsinə qarşı məhdudiyyət qoyulub.

Son xəbərlər