17/12/2018 09:59
728 x 90

Səudiyyəli jurnalistin İstanbulda yoxa çıxmasında əli olduqları iddia edilən 15 nəfərlik Səudiyyə gizli kəşfiyyat qrupunun görüntüləri ortaya çıxdı - FOTO/VIDEO

Kəşfiyyat qrupunun 17 saat davam edən İstanbul səfərində müəmmalı məqamlar və Kaşıqçının yoxa çıxması...

img

Səudiyyəli jurnalist Camal Kaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna girdikdən sonra itkin düşməsində əli olduqları iddia edilən 15 nəfərlik gizli kəşfiyyat qrupunun görüntüləri ortaya çıxıb.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 2-də Ər-Riyaddan Türkiyəyə gələn səudiyyəli 15 nəfərlik gizli kəşfiyyat qrupunun Atatürk Hava Limanındakı görüntüləri əldə edilib. Onlardan 9-u iki ayrı özəl təyyarə ilə Ər-Riyaddan Atatürk Hava Limanına eniblər. Qrup üzvlərinin adları da açıqlanıb. Onların arasında Səudiyyə ədliyyə tibb qurumunun rəhbəri Salah Muhammed Al Tubaiqi də olub. Türkiyə mediası yazır ki, onun dəlillləri yox etmək üçün qrupda yer aldığı ehtimal edilir. Qrupdakı iki nəfər isə Krallığın mühafizə əməkdaşları olduğu bildirilir.

Xüsusi təyyarə ilə Türkiyəyə gələn səudiyyəli qrup oncə hotelə, sonra isə konsulluğa gediblər. Elə həmin gün axşam da Türkiyəni tərk ediblər. Onlar İstanbuldakı məşhur Kapalıçarşı deyilən yerdən çemodanlar alıblar. Ancaq maraqlıdır ki, onlar Türkiyəni tərk edən vaxt sözgedən çemodanlar onların yanında olmayıb.

Şübhəlilərin baş konsulluq binasından çıxdıqdan sonra keçdiyi bütün yollarda araşdırma aparan polis, yeni qazılmış qəbir axtarmaq üçün xüsusi qrup yaradıb. Bütün ehtimalları dəyərləndirən türk polisi Kaşıqçının öldürülüb basdırılma ehtimalı üzərində dayanır.

150 təhlükəsizlik kamerasını araşdıran polis səudiyyəli qrupun bütün hərəkət istiqamətlərini ortaya çıxarmağa çalışır.

Qeyd edək ki, Kaşıqçı baş konsulluq binasına daxil olduqdan 2 saat 30 dəqiqə sonra binadakı 15 nəfərlik gizli Səudiyyə kəşfiyyat qrupu oradan ayrılıb. Onlar İstanbulda təxminən 17 saat olublar.

Məsələ ilə bağlı Türkiyə polisinın açıqlamasında isə deyilir ki, onların çemodanları "X-RAY" cihazından keçib. Təhlükəsizlik işçisi deyib ki, cəsəd parçaları mütləq şəkildə cihazda görünür və 7 nəfərə aid çamadanlarda hər hansı bir mənfi görüntü olmayıb.

Səudiyyəli jurnalist Camal Kaşıqçı itməzdən 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur.

"Mən sadəcə bir jurnalistəm. "Vaşinqton Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş bu imkan mənə öz ölkəmdə verilsəydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Kaşıqçının itkin düşməsi ilə bağlı axtarış aparılacaq. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edirlər.

Səudiyyə hakimiyyətini tənqid edən Kaşıqçı son bir il ərzində öldürülmək qorxusundan Vaşinqtonda yaşayıb. O İstanbuldakı konsulluğa nikah imzalamaq üçün lazım olan sənədləri almağa gəlibmiş. Onun nişanlısı isə Kaşıqçını çöldə gözləyib. Həmin vaxtdan jurnalisti görən olmayıb.

Türkiyə polisi Kaşıkçının konsulluqdan çıxdığını heç kəsin görmədiyini bildirir. Ər-Riyad isə onun həmin gün çıxıb getdiyini deyir.

Son xəbərlər