21/10/2018 08:32
728 x 90

Fransa iranlılara aid bank hesablarını kütləvi şəkildə bağlayır, pul köçürmələri də dayandırılır

img

Artıq iki ildir ki, Fransa bankları iranlılara aid hesabları müəyyənləşdirərək onları bağlayır. Ona görə bu, şişirdiləcək yeni məsələ deyil. Trend-in məlumatına görə, bunu İran və Fransa Birgə Ticarət Palatasının iranlı həmsədri Mehdi Miremadi İSNA-ya deyib.

M.Miremadi bank hesablarının dondurulmasının yeni sanksiyalarla əlaqədar olmadığını və iranlıların hesablarının dondurulmasının ABŞ-ın öncəki sanksiyalar dövründən başlandığını bildirib: “Bir bank bir hesabı dondurursa, bu məsələ şişirdilməməlidir. Bütün böyük banklar hesabın iranlıya aid olduğunu müəyyənləşdirdikdə, o hesabı dondururlar. Kiçik banklar haqda məlumat yoxdur”.

İran və Fransa Birgə Ticarət Palatasının iranlı həmsədrinin sözlərinə görə, 4 noyabra qədər pul köçürməsi mümkündür. Lakin o tarixdən sonra Mərkəzi Bankın da adının sanksiyalar siyahısında olduğuna görə, pul köçürməsi çətinləşəcək.

Son xəbərlər