16/11/2018 22:51
728 x 90

Çavuşoğlu ABŞ-ı seçim etməyə çağırdı – ya Türkiyə, ya da PYD/YPG...

img

ABŞ regionda öz müttəfiqlərini müəyyənləşdirməli, Türkiyə ilə PYD və YPG terrorçuları arasında seçim etməlidir. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, Birləşmiş Ştatlar PYD və YPG-nin Türkiyənin təhlükəsizliyinə real təhdid daşıyan PKK-nın Suriya qanadı olan terror təşkilatları olduğunu anlamalıdır: "PKK ABŞ-da olduğu kimi, Avropa İttifaqı ölkələrində də terror təşkilatı kimi tanınıb. Birləşmiş Ştatlar bunu nəzərə almalıdır".

Xatırladaq ki, bundan əvvəl sabiq Baş nazir Binəli Yıldırım Türkiyə və ABŞ-ın PYD və YPG bölmələrinin 90 gün ərzində Suriyanın Mənbic şəhərindən çıxmasını nəzərdə tutan saziş imzaladığını bildirmişdi.

Son xəbərlər