25/09/2018 05:53
728 x 90

ABŞ İranı yenə təhdid etdi: “…boğacağıq”

img

ABŞ-ın Birləşmiş Millətlər daimi təmsilçisi Nikki Haley İranı yenə təhdid edib. Baki-xeber.com xəbər verir ki, Donald Trampın İran siyasətini dəyərləndirən N.Haley Tehranın Orta Şərqdəki fəaliyyətlərinə görə nüvə anlaşmasından geri çəkildiklərini bildirib.

"İran Suriyanı məhv etdi, İsrailə təhdid təşkil etdiyini görürük. İran Orta Şərqdə nüfuz müharibəsi aparır. Bütün bunlara görə İranla nüvə sazişindən çəkildik.  Çünki İrana pul axıdırdıq və belə pis davranışları davam etdirməsinə icazə verirdik. Sanksiyaları yenidən tətbiq etdik. Beləcə İran neftini hədəf alacağıq və təsirlərini həqiqətən hiss etməyə başlayacaqlar. İran acı çəkir, zəif vəziyyətdədirlər. Ballistik raket problemini müzakirə edənə və terrora dəstəyi dayandırana qədər onları boğacağıq" - deyə Haley bildirib.

Suriyada kimyəvi silah istifadə etmək mövzusunda Əsəd rejimi, Rusiya və İranı xəbərdar etdiklərini dilə gətirən Haley ABŞ prezidenti Donald Trampın kimyəvi silah istifadə edilməsinə qarşı iki dəfə qarşılıq verdiyini deyib: "Bizi təkrar sınamayın, çünki şərtlər onların əleyhinədir".

Son xəbərlər