24/09/2018 08:22
728 x 90

ABŞ Suriyada PKK-nın olduğu ərazılərdə hərbi mövcudluğunu gücləndirir

img

ABŞ Suriyada terror təşkilatı YPG/PKK-nın işğalında olan bölgələrdə yeni əməliyyat məntəqələri və bazalar quraraq hərbi mövcudluğunu gücləndirir. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Suriyadakı yerli mənbələrə əsasən, 2015-ci ilin oktyabr ayında start götürən baza qurma fəaliyyətləri çərçivəsində Hasekədə iki baza tikən ABŞ Rakka və Münbiçdə əməliyyat keçirmək imkanı olan cəmi 8 hərbi məntəqə yaradıb.

ABŞ 2017-ci ilin iyul ayından bəri cəmi daha 5 yeni baza və əməliyyat məqsədli sahələr qurub. Bunlardan ikisi Münbiçdə “Fərat qalxanı" ünsürlərinə yaxın bölgədə tikildikdə, Rakkanın şimalındakı Tel Abyad qəsəbə mərkəzinin cənub-qərbində də 2 hərbi məntəqə yaradılıb.

ABŞ İraq sərhəd məntəqəsində yerləşən enerji baxımından zəngin olan Deyrizor vilayətinin YPG/PKK işğalındakı hissəsində də bir bazanın tikinti işlərini tamamlayıb.

Deyrizorun cənub-şərqindəki Saban neft və qaz sahəsinin cənubunda Yaşılköy olaraq tanınmış və villa tipli mənzullərin olduğu yaşayış məntəqəsinin şimal-qərbindəki ərazidə baza qurub.

Son xəbərlər