23/09/2018 03:30
728 x 90

Putin Yaponiyaya əl uzatdı, Yaponiya Putinin əlini “havada saxladı”

img

Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın Baş naziri Sindzo Abeyə sülh müqaviləsi bağlamağı təklif edib. Trend-in məlumatına görə, RF lideri belə bir bəyanatla Şərqi İqtisadi Forum çərçivəsində çıxış edib.

V.Putin qeyd edib: "Gəlin, sülh müqaviləsi bağlayaq, lakin indi yox, ilin sonunadək və heç bir ilkin şərt irəli sürmədən".

Onun sözlərinə görə, bu müqavilə əsasında ölkələr mübahisəli məsələləri həll etməyə davam edəcək: "Düşünürəm ki, bu, bizim üçün 70 ildir öhdəsindən gələ bilmədiyimiz problemlərin həllini asanlaşdıracaq".

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa deyib ki, ərazi mübahisəsi həll olunanadək Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamayacaq.

Y.Suqa bildirib ki, Yaponiya Kuril arxipelaqının cənub adalarının qaytarılması üzrə danışıqları davam etdirməyə çalışacaq və yalnız bundan sonra sülh sazişi imzalana bilər.

Son xəbərlər