23/09/2018 20:57
728 x 90

ABŞ Türkiyənin Suriya ilə sərhəddə gördüyü tədbirlərə hörmətlə yanaşdığını açıqladı

img

ABŞ Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyi üçün gördüyü tədbirlərə hörmətlə yanaşır. Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların Müdafiə Nazirliyinin mətbuat katibi Erik Pahon deyib.

Bununla belə, E.Pahon Türkiyə Silahlı Qüvvələrinin Mənbicə girməsinin müzakirə mövzusu olmadığını bildirib.

Türkiyənin Suriyanın İdlib bölgəsinin sakinlərini qorumaq üçün bura "Azad Suriya Ordusu"ndan 20 min nəfəri göndərməyə hazırlaşması ilə bağlı məlumatlara da münasibət bildirən Pentaqon sözçüsü vurğulayıb: "Türkiyənin öz cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün atacağı addımlara hörmətlə yanaşırıq".

O əlavə edib ki, ABŞ-ın Suriyada görməli olduğu hələ çox iş var: "İŞİD-lə mübarizə davam edir. Prezident Donald Tramp ABŞ əsgərlərinin Suriyadan çıxarılmasından danışarkən bunun 2018-ci ilin sonunda həyata keçəcəyini bildirmədi, "çox yaxında" dedi. Biz də bu hədəfə çatmaq üçün səy göstəririk. Bu, Suriyada sabitliyi tam təmin edəndən, İŞİD tamamilə məğlubiyyətə uğradıldıqdan sonra mümkündür".

Qeyd edək ki, sentyabrın 4-dən Türkiyə Suriyanın İdlib bölgəsi ilə həmsərhəd olan Hatay vilayətinə hərbi texnika yığmağa başlayıb.

Son xəbərlər