18/11/2018 06:31
728 x 90

Suriyanın İdlibi – XXI əsrin ən dəhşətli insan faciələrini gözləyən şəhər…

img

Suriya prezidenti Bəşər Əsəd qüvvələrinə İdlib vilayətinə hücum zamanı, xlor qazı da daxil edilməklə, kimyəvi silahlardan istifadə etməyə icazə verib. Bu haqda “The Wall Street Journal” qəzeti Amerika kəşfiyyatındakı mənbələrə istinadən yazıb.

Birləşmiş Ştatların müdafiə nazirliyi, kimyəvi silah tətbiq edərsə, Suriya hökumətinə qarşı cavab tədbirlərini hazırlayır. Prezidenti Donald Tramp hələlik buna reaksiya verməyib. Eyni zamanda Dəməşqlə ittifaq halında olan Rusiya və İran hərbçilərinə zərbələr endirməyə də qərar verilməyib.

Hüquq müdafiəçiləri son 3 gündə Suriyada onlarla dinc sakinin həlak olduğunu bildirir. Onların arasında uşaqlar da var. Üç xəstəxana, iki mülki müdafiə mərkəzi dağıdılıb, minlərlə adam tibbi yardımsız qalıb.

Birləşmiş Millətlər Təşkilatının yardım qrupunun rəsmisi deyib ki, yardım agentlikləri Suriya və Rusiyanın İdlibə edəcəyi mümkün hücuma hazırlaşır. Bu hücum XXI əsrin ən dəhşətli humanitar faciəsinə çevrilə bilər və bunun qarşısı alınmalıdır: "Hamımız İdlib üçün həyəcan təbili çaldıq. İdlib xalqı üçün bu anın nə qədər təhlükəli olduğunu vurğulamaq istəyirəm. İdlibdə gələcək bir neçə ayda ən pis humanitar fəlakət və XXI əsrin ən böyük insani itkiləri baş vermədən bu problemi həll etmənin yolları tapılmalıdır".

İdlibdə təxminən 4 milyon vətəndaşın yaşadığını, bunlardan 2 milyonunun humanitar yardımlara ehtiyacı olduğunu qeyd edən BMT rəsmisi İdlibdən ehtimal olunan köç dalğasına qarşı geniş planlarının olduğunu bildirib.

BMT-nin fövqəladə hallar üzrə koordinatoru Mark Lovkuk qeyd edib ki, üsyançılar tərəfindən nəzarət edilən ərazidə yaşayan 2,9 milyon əhalinin təxminən 800,000-dən çoxu döyüşlər səbəbindən köç etmək məcburiyyətində qala bilər.

BMT bildirib ki, Suriya hökuməti və onun müttəfiqləri olan Rusiya və İran İdlibdə təxminən 10 min terrorçunu məğlub etmək əzmi ilə orada yaşayan milyonlarla insanın ölümünə gətirib çıxara biləcək mümkün qətliam arasında götür-qoy etməlidir. 

Son xəbərlər