20/11/2018 22:23
728 x 90

Polis rəisinin istefasını tələb edən etirazçıları partlatdılar - 15 ölü

img

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində etiraz aksiyası zamanı partlayıcı qurğu işə salınıb. Trend-in məlumatına görə, partlayışı intiharçı-terrorçu törədib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər həlak olub və onlarla etirazçı yaralanıb. İtkilərin dəqiq sayı hələlik məlum deyil.

Qeyd olunur ki, etirazçılar yerli polis rəisinin istefası tələbi ilə aksiya keçirirdi.

Son xəbərlər