24/09/2018 04:30
728 x 90

Trampa qarşı kitab və məqalə yazanlar təqib olunmağa başlayıb

img

ABŞ-ın vitse-prezidenti Mayk Pens bazar günü bildirib ki, Tramp administrasiyası daxilində müqavimət göstərən anonim yüksək səviyyəli rəsmi “ləyaqətli şəkildə hərəkət etməli və istefa verməlidir”.

Pens Fox telekanalının bazar günü proqramında müsahibədə deyib ki, “New York Times” qəzetində Trampı əxlaqsız insan adlandıran anonim məqaləni yazan şəxs “təkcə prezidentə deyil, konstitusiyaya verdiyi andı da pozur”.

“New York Times” qəzetində dərc edilmiş məqalənin müəllifi özünün Tramp administrasiyası daxilində “prezidentin gündəliyi və onun mənfi impulslarının qarşısını almaq üçün səy göstərərək çalışan müqavimətin bir hissəsi olduğunu” iddia edib. “Problemin kökü prezidentin əxlaqsızlığındadır” yazan müəllif prezidentin “impulsiv, ziddiyyətli, cılız və qeyri-effektiv” liderliyini tənqid edib. Pens isə bir daha belə bir məqalə yazmadığını təkrar edib. Lakin qəzetin məqaləsində onun dəfələrlə çıxışlarında işlətdiyi qeyri-adi “lodestar” (yol göstərən ulduz) sözü işlədilib. Vitse-prezident bundan ötrü yalan detektorunda yoxlamadan keçməyə də hazır olduğunu bildirib. O deyib ki, məqalə müəllifinin kim olduğunu müəyyən etmək üçün Ağ Evin başqa rəsmilərinin də bunu edib-etməməsi haqda qərarı Tramp verə bilər.

Pensin sözlərinə görə, o, məqalə müəllifinin kim olduğunu bilmir.

 Məqalə veteran araşdırmaçı jurnalist Bob Vudvordun Tramp administrasiyası haqda “Qorxu: Ağ Evdə Tramp” adlı kitabının bəzi hissələrinin ictimaiyyətə açıqlanmasından bir gün sonra dərc edilib. Kitabda Trampın idarəçiliyi altında Ağ Evdəki qarışıqlıq təsvir edilir, administrasiya rəsmilərinin isə Trampı “dünya məsələlərindən təhlükəli səviyyədə başı çıxmayan” bir insan hesab etdiyi deyilir.

 “New York Times” qəzetindəki məqalə və Bob Vudvordun kitabına qəzəbli reaksiya göstərən Tramp  isə adıçəkilən qəzetdən anonim məqalə yazan administrasiya rəsmisinin adını açıqlamasını tələb edib.

Son xəbərlər