16/11/2018 22:49
728 x 90

Türkiyə, Rusiya və İrandan ABŞ-a dollar zərbəsi… Hər 3 ölkə ticarətdə dollardan rəsmən imtina etdi

img

Türkiyə, Rusiya və İran ticarətdə dollardan imtina edir. Baki-xeber.com xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Abdunnasır Himmət açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarət aparılması məsələsində razılığa gəliblər.

O bildirib ki, yaxın gələcəkdə Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərliyi ilə bir araya gələcək və razılaşdırılmış məsələlərin təcili tətbiq edilməsi üçün çalışacaq: "Tehran zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə neft, qaz və əsas məhsulların mübadiləsi ilə bank məsələsində razılıq əldə edilib. Ticarət əlaqələrində 3 ölkə də dollardan imtina edilməsində həmfikirdir. Ölkələr təyin edilən məzənnə üzərində milli valyutaları ilə ticarət edəcək".

Son xəbərlər