24/09/2018 04:31
728 x 90

Rusiya və Əsəd rejimi İdlibi vurmağa başladı... - FOTO

img

Rusiya və Dəməşq rejiminə aid döyüş təyyarələri, bu gün suriyalı müxaliflərin nəzarətində olan İdlibi bombalamağa başlayıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, döyüş helikopterləri varil bombalarından da istifadə edir.

Himeymim bazasından qalxan Rusiya döyüş təyyarələri və vertolyotları, müxaliflərin son qalası olan İdlibi bombalayıb. Təyyarələrin bombaladığı yerlər arasında Xan Şeyxun, Abdin, Kafran, Əl Lataminah, Siraj və Əl Haveyn də var. Abdin kəndindəki hava hücumunda ən az 5 nəfərin öldüyü, çox sayda yaralıların olduğu bildirilir.

Sosial mediada yayılan görüntülərdə, Bəşər Əsədə aid helikopterlərin İdlibin cənubundakı Hayş kəndi və Xan Şeyxuna varil bombaları atdığı görülür. “Reuters” xəbər agentliyi, helikopterlərin atdığı varil bombalarının Xan Şeyxunda yaşayış evlərinə düşdüyünü xəbər verir.

Rejimə bağlı ordu birlikləri isə, Hamanın şimalından İdlibi artilleriya atəşinə tutub. İntensiv top atışı davam edərkən, döyüş təyyarələri də bölgəni havadan bombalayır.

Dünya ölkələri, təxminən 4 milyon əhali və müxaliflərin olduğu İdlibə ehtimal olunan hücumun bölgədə fəlakətə səbəb olacağından narahatdır. Türkiyə, BMT, ABŞ və Qərb ölkələri, Rusiya və İranı belə bir hücum əməliyyatına qoşulmaması üçün xəbərdarlıq edir.

Son xəbərlər