18/11/2018 10:40
728 x 90

Ruhani-Ərdoğan-Putin zirvəsinə qarşı ABŞ-ın yeni Suriya strategiyası – “Yeni hökumət qurulana qədər Suriyadayıq”

img

Rusiya, Türkiyə və İran liderlərinin Tehrandakı tarixi Suriya zirvəsindən sonra ABŞ Suriya ilə bağlı yeni strategiyasını açıqlayıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, prezident Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əvvəlki fikrindən daşınıb.

“Vaşinqton Post” qəzeti ABŞ Dövlət Departamentinin rəsmilərinə istinadən xəbər verir ki, Tramp Suriyada müddətsiz qalmağa qərar verib.

ABŞ prezidenti beş ay əvvəl Suriyadan çəkilmək istədiyini demişdi. Ancaq yeni Suriya strategiyasına görə, Amerika əsgərləri Suriyada qeyri-müəyyən bir müddətədək qalmaqda davam edəcək.

ABŞ rəhbərliyi Suriya siyasətində qarşısını yeni hədəflər də qoyub. Belə ki, Vaşinqton İran qoşunlarının Suriyadan tamamilə çıxarılmasını tələb edir.

Yeni Suriya strategiyasına görə, İran qoşunlarının Suriyadan çıxarılması və ölkədə sabitliyin təmin edilməsi və bütün tərəflərin qəbul edə biləcəyi yeni hökumət qurulana qədər Amerika qoşunlarının burada qalması planlaşdırılır.

Qeyd edək ki, İranın paytaxtı Tehranda İran, Türkiyə və Rusiya prezidentləri bir araya gəlib. Prezidentlərin üçtərəfli zirvə görüşünün yekunları ilə bağlı birgə bəyannamə qəbul edilib.

Üç ölkənin prezidentləri — Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyəti müzakirə ediblər.

Həsən Ruhani deyib ki, İdlibdə heç bir vətəndaş zərər görməməlidir. O, Suriyada Bəşər Əsəd rejiminə qarşı çıxan müxaliflərin kökü kəsilənədək mübarizənin davam edəcəyini vurğulayıb. Ruhani ABŞ-ın Suriyadakı varlığına son qoyulmalı olduğunu da dilə gətirib.

Ərdoğan isə bildirib ki, İdlibdəki son hadisələr çox risqli bir vəziyyətə gəlib. Türkiyə prezidenti İdlibə hücumların fəlakətlə nəticələnəcəyini, hücum olarsa, milyonlarla insanın Türkiyə sərhədinə doğru hərəkət edəcəyini vurğulayıb. Ərdoğan İdlibdə atəşkəs çağırışı edib: "İdlibdə dinc insanlar zərər görür, bombardman dayanmalıdır".

Sammitə dair bəyanatın səslənməsindən əvvəl isə Ərdoğan israrla bəyanatda atəşkəs ifadəsinə yer verilməsinin vacibliyini vurğulayıb. Putin də buna cavab olaraq "Danışıqlar masasında terrorçular, ya da silahlı müxalifətin nümayəndələri olmadığına görə, onların adından qərar verə bilmərik" cavabını verib.

Ərdoğan son olaraq "Nusra və digərlərinə tərksilah çağırışı edək" —deyib. Bu açıqlamanın ardından söz alan Ruhani iclası bitirib.

Bəyannamədə deyilir ki, Suriya ilə bağlı növbəti Türkiyə-Rusiya-İran üçtərəfli sammiti Rusiyada keçiriləcək.

Son xəbərlər