25/09/2018 21:48
728 x 90

Bəsrədə nümayişçilər İran konsulluğuna od vurdu, İran İraqla sərhədi bağladı - FOTO

img

İraqın Bəsrə şəhərində bir qrup nümayişçi İranın bu şəhərdəki Baş Konsulluğunu ələ keçirərək yandırıb.

Baki-xeber.com xarici mediaya istinadən məlumat verir ki, Bəsrə şəhərində "işsizlik və korrupsiya" əleyhinə keçirilən və getdikcə daha da böyüyən nümayişlər zamanı bir qrup etirazçı İran Baş Konsulluğuna hücum edib. Konsulluq binasına girən qəzəbli nümayişçilər binaya od vurub.

Bundan əvvəl Bəsrədə keçirilən nümayişlər zamanı dövlət televiziyası və şiə partiyasına aid olan binalar də yandırılıb. Şəhərdə fövqəladə vəziyyət élan edilib.

İran isə Baş Konsulluğun yandırılmasının ardından İraqla sərhəddəki Selamçe sərhəd keçid məntəqəsini bağlayıb.

Son xəbərlər