19/11/2018 09:51
728 x 90

Tehranda İdlib zirvəsi… Әrdoğan, Ruhani və Putin Suriyadakı tərəflərə çağırış etdi

“İdlibin qan gölünә dönmәsini istәmirik”

img

Tehranda Türkiyə, İran və Rusiya prezidentlərinin üçtәrәfli zirvə görüşü keçirilib. Baki-xeber.com xəbər verir ki, Zirvәdә çıxış edәn Rәcәb Tayyib Әrdoğan İdlibin qan gölünә dönmәsini istәmədiklərini deyib.

Ərdoğan  İdlibin yalnız Suriyanın siyasi gələcəyi üçün deyil Türkiyənin milli təhlükəsizliyi və sülhü üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.

Bu gün deskalasiya zonalarından yalnız İdlibin qaldığını qeyd edәn Әrdoğan: “İdlib kimi bir yerdә terrorçulara qarşı mübarizә aparmaq zaman vә sәbr tәlәb edir” - deyә qeyd edib.

Әrdoğan Suriyanın siyasi birliyinin tәmin olunması vә әrazi bütövlüyünün qorunması  üçün  münaqişәlәrin sülh vә siyasi yolla hәll edilmәsinin vacibliyini vurğılayıb. O, İdlibdә atәşkәsin tәmin edilmәsinin vacibliyini bildirib: “İdlibin qan gölünә dönmәsini әsla istәmirik. Bölgə xalqının taleyinin Əsəd rejiminin insafına buraxılmasına izin verə bilmərik. İdlibə ediləcək hücum qətliam, fəlakətlə nəticələnəcək''.

“Separatçı terror tәşkilatı PKK/PYD/YPG daxil olmaqla Suriyadan mәnbәlәnәn terrorun hәr növünә vә Suriyanın әrazi bötövlüyünә ziyan verәcәk hәr növ tәşәbbüsә birgә mövqe nümayiş etdirmәliyik”,- deyә Türkiyә Prezidenti qeyd edib.

Әrdoğanın çıxışından sonra İran prezidenti Ruhani bildirib ki, terrorçular terror aktlarına son vermәlidirlәr. Putin isә öz növbәsindә Әrdoğanın təklifi ilə bütün tərəflərə silahı yerə qoymağı təklif etdiklərini deyib: “İlk hədəfimiz Suriyanı terrorçulardan təmizləməkdir. Artıq müxaliflər də terrorizmlə mübarizəyə qoşulmağa başlayıb”.

Rәcәb Tayyib Әrdoğan, Hәsәn Ruhani vә Vladimir Putin İran paytaxtında keçirilәn üçtәrәfli zirvә görüşündәn sonra birgә mәtbuat konfransında çıxış keçiriblәr.

Mәtbuat konfransında çıxış edәn Әrdoğan: “Bu gün burda olmağımızın sәbәbi yaşanan insani drama son vermәyin yollarını aramaqdır” deyә vurğulayıb: “Biz başqaları kimi arxamıza söykәnib yanğını seyr etmәk әvәzinә onu söndürmәyin yollarını axtarırıq. Bölgәdәki dinc sakinlәrin qorunması vә İdlibin mövcud statusunun mühafizә edilmәsi әhәmiyyәt kәsb edir”.

Әrdoğan İdlib xalqının yeni fәlakәtlәrә mәruz qalmasını әsla istәmәdiklәrini vurğulayıb.

İdlibin Suriyanın kiçik modeli mövqeyindә olduğunu qeyd edәn Әrdoğan daha sonra bildirib: “Burada atılacaq yanlış addımların mәnfi әks-sәdaları hәr tәrәfdә hiss edilәcәkdir...

Biz hazırda 3.5 milyon suriyalıya ev sahibliyi edirik. Hazırda İdlibdә 3.5 milyon suriyalı var. Türkiyənin  daha Suriyadan qaçqınlar qəbul etməyə gücü çatmaz”.

İran Prezidenti Ruhani isә İdlibdə mülki vətəndaşların zərər görməməsi üçün tədbirlәr  görülməsinin vacibliyini deyib.

Son xəbərlər