26/09/2018 05:36
728 x 90

ABŞ-dan daha bir İdlib xəbərdarlığı – “Suriya rejimi kimyəvi silah hazırlayır, dəlilimiz var”

img

Suriyada Bəşər Əsəd rejimi İdlibdə istifadə etmək üçün kimyəvi silah hazırlayır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə nümayəndəsi Ceyms Ceffri deyib.

O, İdlibdə istifadə etmək üçün kimyəvi silah hazırladığına dair əllərində dəlillərin olduğunu deyib: “Suriyadakı vəziyyət daha da təhlükəli hala gəldi. İdlibdə istifadə etmək üçün kimyəvi silah hazırladığına dair əlimizdə dəlil var.

Suriyanın gələcəyində Əsəd üçün yer yoxdur, amma ondan qurtulmaq ABŞ-ın işi deyil”.

Son xəbərlər