18/11/2018 06:28
728 x 90

"New York Times"da Ağ Evdə Tramp əleyhinə səssiz müqavimət olduğunu yazan gizli müəllif ABŞ-ı qarışdırdı

img

"The New York Times" qəzetində ABŞ prezidenti Donald Tramp əleyhinə qalmaqallı məqalə dərc edilib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, "Tramp administrasiyasındakı müqavimətin bir parçasıyam" adlı məqalənin müəllifinin kimliyi açıqlanmır. Məqalənin, Ağ Ev administrasiyasının yüksək rütbəli əməkdaşı, adını açıqlamaq istəməyən şəxs tərəfindən qələmə alındığı bildirilir.

Müəllif yazır ki, Ağ Ev əməkdaşlarının çoxu Trampın səhv düşüncələrini önləmək və demokratik qurumları qorumaq üçün səy göstərməyə söz verib. O, administrasiya daxilində ölkənin öndə gələn adamlarından ibarət səssiz bir müqavimət olduğunu yazıb: "Amerikalılar bu adamların fəaliyyətdə olduğunu bilməlidirlər. Nələr olduğunu bilirik. Donald Tramp etməsə də biz doğru olanı etməyə çalışırıq".

ABŞ prezidenti Donald Tramp isə məqalənin "utanc verici" olduğunu deyib. Twitter-dən "The New York Times"a səslənən Tramp yazıb: "Bu “yüksək rütbəli rəsmi" həqiqətən var, ya “New York Times”ın saxta bir mənbəsidir? Əgər bu qorxaq adam həqiqətən varsa, “The New York Times” milli təhlükəsizliyə görə onun adını hökumətə açıqlamalıdır...

Əcəb işə düşmüşük. Sizin bu riyakar mediadan xəbəriniz var, çünki siz də onları izləyirsiniz. Bu, həqiqətən də rüsvayçılıqdır. Mən bunu demək istəyirəm ki, heç kəs bu administrasiyanın gördüyü işləri görməyib”, - Tramp söyləyib.

Məqalədə Trampın prezidentliyi tamamilə qınanmır, bu isə Vaşinqtonda məqalənin müəllifinin Respublikaçı administrasiyasının gündəmini dəstəkləyən biri olduğuna dair spekulyasiyalar yaradıb.

ABŞ mətbuatı isə məqaləni qələmə aldığı ehtimal olunan 12 yüksək rütbəli məmurun adını açıqlayıb. Onların siyahısında ölkənin birinci xanımı Melani Tramp və prezidentin qızı və kürəkəninin də adları çəkilir. Ədliyyə və müdafiə nazirlərinin, Trampın sözçülərinin də bu işdə adı çəkilir.

Vitse-prezident Mayk Pensin sözçüsü isə, ABŞ mətbuatında məqalənin Pens tərəfindən qələmə alınması iddialarına sərt reaksiya verib: "Vitse-prezident Pens yazdığı yazıların altına öz imzasını qoyar. “New York Times”da bu məqaləni yazan şəxs saxta, absurd və qorxaq yazıya görə utanmalıdır".

Son xəbərlər