21/11/2018 06:37
728 x 90

Paraqvay Qüds qərarından geri çəkildi, Qüdsə köçürülən səfirlik yenidən Təl-Əvivə qaytarılır

img

Paraqvay may ayında Qüdsə köçürülən İsraildəki səfirliyini yenidən paytaxt Təl-Əvivə köçürəcək. Baki-xeber.com xəbər verir ki, bunu Paraqvay xarici işlər naziri Luis Alberto Kastilioni (Luis Alberto Castiglioni) deyib.

Kastilioni bu qərarlarını "Paraqvay Orta Şərqdə geniş, ədalətli və daimi  sülhün əldə edilməsi üçün regional diplomatik səylərin birləşməsinə töhfə vermək istəyir" sözlərilə ifadə edib.

Paraqvayın bu addımına İsrailin reaksiyası gecikməyib. İsrail Nazirlər Kabineti ölkəsinin Paraqvay səfirliyini bağlayacağını və səfirin məsləhətləşmələr üçün çağırılacağını bildirib.

Xatırladaq ki, Paraqvay ABŞ və Qvatemaladan sonra, mayın 21-də Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmüşdü.

Son xəbərlər