16/11/2018 22:47
728 x 90

Tramp Kanadanı hədələdi

img

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Küveyt Əmiri Şeyx Sabahla Ağ Evdə keçirilən görüşündən əvvəl mətbuat nümayəndələrinə gündəmə dair açıqlamalar verib.

Baki-xeber.com xəbər verir ki, Tramp ABŞ və Kanada heyətləri arasında başlayan ticarət müzakirələrinin gərgin keçdiyini, Kanada ilə razılıq əldə edilməməsi halında ölkəsinin zərər görməyəcəyini, lakin Kanadanın belə bir vəziyyətdə çox şey itirəcəyini deyib: "Müzakirələr işə yaramasa, bu bizim ölkəmiz üçün yaxşı olar, amma Kanada üçün deyil".

ABŞ prezidenti ABŞ, Kanada və Meksika arasında 24 il əvvəl qüvvəyə minən Şimali Amerika Azad Ticarət Zonası müqaviləsini (NAFTA) bir daha "çox axmaq müqavilə" olaraq səciyyələndirib, müqavilənin yeni versiyasında Kanadanın olmamasının mümkünlüyünü qeyd edib.

Son xəbərlər