19/11/2018 07:53
728 x 90

Ərdoğan İdlibdə qətliam xəbərdarlığı etdi - "Raketlərlə vurulsa..."

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dəstəklədiyi hökümət qüvvələrinin Suriya üsyançılarının nəzarət etdiyi İdlib vilayətinə hücumunun kütləvi qırğınra səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Baki-xeber.com xəbər verir ki, Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayətində vəziyyətdən danışan Türkiyə prezidenti "raketlərlə vurulsa, burada ciddi qətliam ola bilər" deyib.

Türkiyə cümə günü Tehranda Rusiya və İranın qatılacağı zirvə görüşündə iştirak edəcək. Müzakirələr zamanı İdlib mövzusunun prioritet olacağı gözlənilir. Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyən üsyançıları dəstəklədiyi halda, İran və Rusiya rəsmi Dəməşqin tərəfindədir.

Bu arada, İdlib şəhərindəki dinc vətəndaşlar Türkiyəyə təhlükəsizliklərinin təmin edilməsi və köç dalğalarının qarşısının alınması üçün “mühafizə bölgə” yaratmağa çağırıb.

İdlibdə əhali Əsəd rejimi və ona dəstək olanların bölgəyə mümkün ola biləcək əməliyyatı qarşısında narahatdır. Bölgə xalqı Türkiyənin şəhərə sülh, dinclik və təhlükəsiz şəraiti gətirəcəğinə inandıqda, lazımlı addımların atılmasını gözləyir.

"Anadolu" xəbər agentliyinə açıqlama verən idlibli Ammar Siteyf rejim bölgəni bombalayacağı təqdirdə İdlibə sığınanların Türkiyəyə köç edəcəyini deyib.

Siteyf “Bu həssas prosesdə rusların Cisir əş Şuğurda keçirdiyi hava əməliyyatlarını hər kəs gördü. Bölgənin nəzarətinin Türkiyəyə keçməsini istəyirik.  Türkiyənin həmin bölgədə hərbi söz haqqına sahib olmasını və mühafizə bölgəsini yaratmasını istəyirik” deyə bildirib.

Dəməşqdən rejim və ona dəstək olanların hücumlarından qaçaraq İdlibə sığınan Halid Meri də rejimin şəhərə qarşı əməliyyatının insani fəlakətə səbəb olacağını bildirib: “İdlibin qarşı-qarşıya qalacağı mümkün ola biləcək bir əməliyyatda insani böhranın aradan qaldırılması üçün qonşu ölkə Türkiyədən lacım olan tədbirləri görməsini diləyirik”.

Homsdakı Əsəd rejiminin hücumlarından qaçaraq İdlibə sığınan Dırvan Humsi də rejimin vəya Rusiyanın İdlibə istiqamətli həyata keçirəcəyi bir əməliyyatda Avropa ölkələrinə qədər bir köç dalğası yaşana biləcəyini irəli sürüb.

Humsi “Türkiyəyə güvənirik. Onlar bizim ümid yerimizdir.. İnqilab başladığı gündən Türkiyənin şərəfli bir mövqeyi var” deyə bildirib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura isə Türkiyə və Rusiya liderlərini onun düşündüyü kimi, sentyabrın 10-da başlana biləcək hücumun qarşısının alınması yolları ilə bağlı təcili danışıqlar aparmağa çağırıb. Çərşənbə günü İdlibə artilleriya zərbələri endirilib, çərşənbə axşamı günü isə oraya Rusiya və Suriyanın hava hücumları olub.

Stefan de Misturanın xüsusi müşaviri, norveçli diplomat və Osloda yerləşən Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqalund bu barədə Amerikanın Səsinə məlumat verib.

30 ildir humanitar sahədə fəaliyyət göstərən Yan Eqalund bildirib ki, "Suriyada yaşanan əziyyətlərə yaxın bir hadisə 1990-cı illərdəki soyqırımları ilə müqayisə edilə bilər". O, bunu "beynəlxalq ictimaiyyətin vicdanı üzərində ləkə" adlandırıb və döyüşən tərəfləri münaqişəyə qan tökülməsi ilə deyil, danışıqlar və şüurlu yolla son qoymağa çağırıb.

Son xəbərlər