22/10/2018 21:15
728 x 90

ABŞ Britaniyada “Skripallar işi”nə görə Rusiyaya yeni sanksiyalar tətbiq edir

img

Birləşmiş Ştatlar mart ayında Britaniyada sabiq rusiyalı casus və onun qızının zəhərlənməsinin arxasında Moskvanın dayandığı müəyyən ediləndən sonra Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etmək qərarı verib.

Sergey Skripal və onun qızı Yuliya Sovet dövründə hazırlanan Noviçok maddəsi ilə zəhərlənib. Hər ikisi sağ qalsalar da, bir neçə həftə xəstəxanada qalmalı olub.

İki həftədən sonra qüvvəyə minəcək sanksiyalar ABŞ-dan Rusiyaya ixrac edilməsi planlaşdırılan həssas milli təhlükəsizlik cihazlarının lisenziyalarına da öz təsirini göstərəcək.

Britaniyanın Xarici İşlər Nazirliyi ABŞ sanksiyalarını alqışladığını bildirib. Rusiya isə öz növbəsində yeni sanksiyaların əsasında uydurmalar dayandığını deyib.

Son xəbərlər