22/10/2018 21:16
728 x 90

Bəşər Əsədin həyat yoldaşı xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirildi - FOTO

img

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəddə xərçəng xəstəliyi aşkarlanıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriya Prezident Aparatının sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

Səhifədə Bəşər Əsədlə Əsma Əsədin xəstəxanada çəkilmiş birgə şəkli yayımlanıb və bu mesaj yazılıb: "Güc etimad və inamla… Əsma Əsəddə bədxassəli süd vəzi xərçəngi aşkarlanandan sonra o, müalicənin ilkin mərhələsinə başlayıb. Prezident Aparatı və işçi heyət Əsma xanıma şəfa diləyir".

Son xəbərlər