16/08/2018 00:59
728 x 90

Rusiya ABŞ-ın İran sanksiyalarını qınadı, ancaq yenə də Tehranın qəzəbinə tuş gəldi

img

Tehranın yaxın müttəfiqi Rusiya ABŞ-ın İrana qarşı sanksiyalarını qınadığını bəyan edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin bəyanatında deyilir: "Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara zidd bütün birtərəfli sanksiyaları qınayırıq. ABŞ-ın İrana qarşı sanksiyaları yenidən işə salmasından təəssüflənirik ".

Buna baxmayaraq, sözügedən məsələyə görə, İran bu gün Moskvanı sərt tənqid edib. Belə ki, OPEK-in İran nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili, Rusiyanı ABŞ sanksiyalarına dəstək verməkdə günahlandırıb.

Rusiyanın gündəlik neft istehsalını artırma qərarına toxunan Ərdəbili, "Rusiya və Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını artırmaqla ABŞ-ın İrana sanksiyalarını dəstəkləyirlər. Bu qlobal Neftin Azaldılması üzrə Müqaviləyə ziddidr. Qərar OPEC üzvü ölkələr arasındakı əməkdaşlığa da zərbə endirəcək" deyib.

Son xəbərlər