22/10/2018 21:18
728 x 90

"Mercedes" ABŞ sanksiyalarına görə İrandakı fəaliyyətini dayandırdı

img

Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Almaniyanın “Mercedes” şirkətinin əsas şirkəti, dünyanın ən böyük lüks və ağır maşınlar  istehsalçısı “Daimler” İranla olan bütün fəaliyyətlərini dayandırıb.

Baki-xeber.com xarici mediaya istinadən bildirir ki, şirkət Amerika Birləşmiş Ştatlarının iqtisadi sanksiyalarıyla əlaqədar İranla olan bütün fəaliyyətlərini ikinci təlimata qədər tamamilə dayandırdığını açıqlayıb.

“Daimler” bildirib: “İranda fəaliyyəti az olsa da, yerli şirkətlərlə tərəfdaşlıqla əlaqədar “Mercedes” yük maşınları satışını dayandırdı”.

Fransa informasiya agentliyi AFP-də yazılana görə, "Mercedes”in İranda onsuz da məhdud olan fəaliyyətləri tətbiq edilən sanksiyalara görə təxirə salınıb. "Daimler” nüvə sazişinin gələcəyilə bağlı siyasi prosesləri yaxından izləyir”.

Son xəbərlər