19/07/2018 04:18
728 x 90

Rusiya ilə Yunanıstan arasında diplomatik böhran... 2 rus diplomat Afinadan qovuldu, 2-si isə...

img

Yunanıstanın 2 rus diplomatını ölkədən çıxarıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, 2 rus diplomatı ölkədən çıxarılıb, daha 2 rus diplomatının isə Yunanıstana girişinə qadağa qoyulub.

Buna Rusiyanın Yunanıstanın daxili işlərinə, xüsusilə Makedoniya ilə müzakirələrinə müdaxiləsi səbəb olub. “Afina diplomatları məlumat toplamaq, yaymaq və dövlət məmurlarına rüşvət verməkdə suçlayır” – xəbərdə deyilir.

Qeyd edilir ki, 4 rus diplomatla bağlı qərar Yunanıstanın Rusiyanın ölkəyə təsirini artırmaq cəhdlərinə cavabıdır.

Yunanıstanın hökumət sözçüsü Dimitris Tzanakopoulos bununla bağlı şərh verməkdən imtina etsə də, Afinanın beynəlxalq qanunları pozanlara qarşı lazımi ölçülərin götürəcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyi isə Yunanınstanın 2 rus diplomat ölkədən çıxarması, daha 2 rus diplomatının isə ölkəyə girişinə qadağa qoymasına eyni şəkildə cavab veriləcəyini bəyan edib

Qeyd edək ki, Makedoniya ilə Yunanıstanın xarici işlər nazirləri Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı ötən ay razılaşma imzalayıb. Xarici işlər nazirləri Dimitri Dimitrov və Nikos Kotsias sənədə Makedoniya, Yunanıstan və Albaniya sərhədində yerləşən Prespa gölünün sahilindəki iqamətgahda imza atıb. İmza mərasimində Makedoniyanın baş naziri Zoran Zaev, Yunanıstanın baş naziri Aleksis Tsipras , BMT-nin vasitəçisi Matyu Nimetz və digər Avropa rəsmiləri iştirak edib.

Bu razılaşma Makedoniyanın adına görə Skopye ilə Afina arasında davam edən 27 illik mübahisəyə son qoymalıdır. Makedoniya bundan sonra Şimali Makedoniya Respublikası adlanacaq. Amma bu razılaşmanı hər iki ölkənin parlamenti də təsdiqləməlidir. Bundan başqa razılaşma Makedoniyada referenduma çıxarılmalıdır.

Afina və Skopye arasında bu mübahisə Makedoniya 1991-ci ildə dinc şəkildə Yuqoslaviyadan ayrılan vaxtdan başlanıb. O vaxtdan bəri Afina Makedoniya adına etiraz edərək bildirir ki, bu onun vilayətlərindən birinin adıdır və beynəlxalq birlikdə dolaşıqlıq yaradır.

Razılaşma Şimali Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyü məsələsində maneəni də aradan qaldırır.

Son xəbərlər