13/12/2018 18:08
728 x 90

Liberman Suriyaya xəbərdarlıq etdi – “Əsgərlər öz həyatını təhlükəyə qoyur”

img

İsrail və Suriya arasında silahsızlaşdırılmış zonaya daxil hər bir suriyalı əsgər öz həyatını təhlükəyə məruz qoyur. Trend-in məlumatına görə, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bəyan edib.

Nazir bildirib ki, Suriyada münaqişə başladıqdan İsrail bu münaqişəyə qarışmaycağını bildirib və bunun müqabilində Suriya hərbçilərinin bufer zonasına daxil olmamasını gözləyir.

Qeyd edək ki, 1974-cü ildə İsrail ilə Suriya arasında əldə olunan razılaşmaya əsasən iki ölkə arasında bufer zonası yaradılıb.

Son xəbərlər