16/10/2018 19:11
728 x 90

Fələstin səfiri çıxış edərkən ABŞ nümayəndəsi BMT TŞ toplantısını tərk etdi...

img

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Fələstin səfiri Riyad Mənsurun çıxışını dinləmək istəməyərək Təhlükəsizlik Şurasının iclasını yarımçıq tərk edib.

Baki-xeber.com-un xəbərinə görə, Heyli çıxışında Qəzza sektorundakı qanlı olayların ABŞ-ın səfirliyini Qüdsə köçürməsilə əlaqələndirilməsinə etiraz edib. Öz növbəsində Fələstin səfiri isə onun dediklərinə etiraz edib və ABŞ-ın ünvanına ittihamlarla çıxış edib. Bunun ardından ABŞ nümayəndəsi zalı tərk edib.

Xatırladaq ki, Qəzza sektorunda fələstinlilərin İsrail ordusu ilə toqquşması nəticəsində 52 nəfər ölüb, 2 min nəfərdən çox yaralı var.

Son xəbərlər